AZ

Sahibə Qafarova Parlamentlərarası İttifaqının sessiyasına sədrlik edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında iştirak etmək üçün Cenevrə şəhərində işgüzar səfərdədir. Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.

Müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış ediblər.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.

Seçilən
18
11
teleqraf.com

10Mənbələr