AZ

Sahibə Qafarova müzakirələrə SƏDRLİK ETDİ

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqının 151-ci Assambleyasında müzakirələrə sədrlik edib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Parlamentinin spikeri Assambleyanın bu gün davam edən müzakirələrinə sədrlik edib.

Müzakirələrdə Avstraliya, Kolumbiya, Mozambik, Serbiya, Liviya, Finlandiya, Macarıstan, İspaniya, Türkiyə, Uruqvay, Belçika və digər ölkələrin parlament təmsilçiləri çıxış ediblər. 

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova Assambleyanın “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda keçirilən ilk gün müzakirələrində çıxış edib.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
11
modern.az

10Mənbələr