AZ

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

İsrailin "Arkia Israeli Airlines" aviaşirkəti oktyabrın 28-dən Təl-Əvivlə Bakı arasında birbaşa reysləri bərpa etməyi planlaşdırır.

Bakıvaxtı.az şirkətə istinadən xəbər verir ki, "Airbus" təyyarələri ilə uçuşlar həftədə üç dəfə: çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Qeyd edək ki, "Arkia Israeli Airlines" 1949-cu ildə təsis edilmiş İsrailin ikinci ən böyük aviaşirkətidir.

Seçilən
51
8
bakivaxti.az

10Mənbələr