AZ

Təl-Əvivdən Bakıya uçuşlar bərpa edilir

İsrailin "Arkia Israeli Airlines" şirkəti oktyabrın 28-dən Təl-Əvivlə Bakı arasında birbaşa reysləri bərpa etməyi planlaşdırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə şirkət özü məlumat yayıb.

 

Qeyd olunur ki, "Airbus" təyyarələri ilə uçuşlar həftədə üç dəfə: çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək.

 

Xatırladaq ki, 1949-cu ildə təsis edilmiş "Arkia Israeli Airlines" İsrailin ikinci ən böyük aviaşirkətidir.

 

Seçilən
51
8
senzor.az

10Mənbələr