AZ

44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

Trend Vətənmüharibəsinin oktyabrın 22-nə olan xronikasını təqdim edir:

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Azərbaycan və İran İslam Respublikası dövlətsərhədini tam nəzarətə götürüməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4kəndini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

- Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmən ordusunda könüllülər atəşmövqelərini tərk edərək qaçıb. Ermənistanın alay komandiri yaralanıb, onunmüavini və tabor komandiri məhv edilib.

- Ermənistan Siyəzənə üç, Qəbələyə iki və Kürdəmirə bir raket atıb. Ermənistanın Qəbələyə atdığı raketlər nəticəsində bir nəfər yaralanıb, 5 evə ziyandəyib.

- Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edib. Düşmənin ələ keçirilən növbəti hərbitexnikalarının videogörüntüləri yayılıb.

- Naxçıvan istiqamətində uçuş etmək istəyən ErmənistanınPUA-sı məhv edilib. Artilleriyaçılarımızdüşmənə dəqiq zərbələr endirməyə davam edib.

- Azərbaycan Bayrağı Zəngilan rayonunun Ağbənd qəsəbəsinə sancılıb.

- Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağınedilməsinin videogörüntüləri yayılıb.

Məqalədə:
Seçilən
105
17
az.trend.az

10Mənbələr