Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 25-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının birneçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etməsi ilə bağlıpaylaşım edib;
- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləMüdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.
- Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdəAzərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumətbaşçılarına məktublar ünvanlayıb.
- Prezident İlham Əliyev ABŞ-ın "Fox News" televiziya kanalınamüsahibə verib.
- Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddizərbə vurub. Düşmənin məhv edilən hərbitexnikasının siyahısı açıqlanıb. Düşmən itkilər verərək geri çəkilib.
- Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edib.
- Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutub.
- Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüləri yayılıb.
- Düşmənin atəş nöqtələri məhv edilməsinin videogörüntüləri yayılıb. Düşmən itki verərək geriçəkilməyə məcbur edilib.
- Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunankəndlərinin videogörüntüləri yayılıb.
 
                        