Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabr;n 21-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsindəAzərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndinin işğaldanazad edilməsi ilə bağlı paylaşım edib;
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunundaha üç kəndinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib;
- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan rayonununMincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilməsi ilə bağlıpaylaşım edib;
- Prezident İlham Əliyev Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib;
- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizionkomandiri və tabor komandiri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cıalayının taboru sıradan çıxarılıb;
Müdafiə Nazirliyi Ordumuzun artilleriya atışlarının videogörüntülərini yayıb;
- Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndininvideogörüntüləri yayılıb;
- Ermənistanın növbəti PUA-sı məhv edilib. Düşmənin atıb qaçdığı növbətihərbi texnikaların videogörüntüləri yayılıb;
- Ermənistana məxsus daha 3 PUA məhv edilib;
- Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edib.