Bu gün Çempionlar Liqasının Liqa mərhələsində daha 9 oyun keçiriləcək.
Offsideplus.az xəbər verir ki, günün ilk iki oyunda "Atletik" təmsilçimiz "Qarabağ"ı, "Qalatasaray" isə "Budyo Qlimt"i qəbul edəcək.
III turun əsas qarşılaşmasında "Real Madrid" və "Yuventus" üz-üzə gələcək.
"Qarabağ"ın növbəti 5 rəqibindən 4-ü bu gün bir-biri ilə oynayacaq. "Çelsi" "Stemford Bric"də "Ayaks"ı sınağa çəkəcək.
Ötən tur "Qalatasaray"a məğlub olan "Liverpul" isə "sarı-qırmızılar"ı böyükhesabla məğlub edən "Ayntraxt"ın qonağı olacaq.
20:45. "Qalatasaray" (Türkiyə) - "Budyo Qlimt" (Norveç)
20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
23:00. "Atalanta" (İtaliya) - "Slaviya" (Çexiya)
23:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland)
23:00. "Real" (İspaniya) - "Yuventus" (İtaliya)
23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Liverpul" (İngiltərə)
23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)
23:00. "Bavariya" (Almaniya) - "Brügge" (Belçika)