AZ

ÇL: III tura bu gün yekun vurulur

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə də 9 matç oynanılacaq.

"Qalatasaray" "doğma divarlar" arasında Norveç təmsilçisi "Budo-Qlimt"lə üz-üzə gələcək. Maraqla gözlənilən qarşılaşmalardan biri Madriddə baş tutacaq. "Real" "Yuventus"u qonaq edir.

Qeyd edək ki, növbəti turun oyunları noyabrın 4-5-də keçiriləcək.

UEFA Çempionlar LiqasıLiqa mərhələsi, III tur

20:45. "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

20:45. "Qalatasaray" (Türkiyə) - "Budo-Qlimt" (Norveç)

23:00. "Ayntraxt" (Frankfurt) – "Liverpul" (İngiltərə)

23:00. "Atalanta" (İtaliya) – "Slaviya" (Çexiya)

23:00. "Bavariya" (Almaniya) – "Brügge" (Belçika)

23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

23:00. "Real" (İspaniya) – "Yuventus" (İtaliya)

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)

23:00. "Çelsi" (İngiltərə) – "Ayaks" (Niderland).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
2
sport24.az

5Mənbələr