AZ

Zirzəmidən tapılan körpə nevroloji sanatoriyaya köçürüldü

MİNGƏÇEVİR, 21 oktyabr. TELEQRAF

Mingəçevirdə zirzəmidən tapılan körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən binanın zirzəmisində aşkar olunan körpə oğlan uşağının valideynləri hələki tapılmayıb.

Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Qeyd edək ki, zirzəmidən halsız durumda tapıldığı andan etibarən xəstəxanaya yerləşdirilən körpənin ilkin müalicəsi uğurla başa çatdırılıb və durumu stabilləşib.

Müalicənin davamı və digər vacib yaşam tərzinin təmin edilməsi üçün körpə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdirilib.

Seçilən
68
1
teleqraf.com

2Mənbələr