AZ

Mingəçevirdə zirzəmidən tapılan körpənin son durumu

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mingəçevirdə zirzəmidən tapılan körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

"Unikal'"ın məlumatına görə, Heydər Əliyev prospektində yerləşən binanın zirzəmisində aşkar olunan oğlan uşağının valideyinləri hələ ki, tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Qeyd edək ki, zirzəmidən  halsız vəziyyətdə tapıldığı andan etibarən xəstəxanaya yerləşdirilən körpənin ilkin müalicəsi uğurla başa çatdırılıb və durumu stabilləşib. Müalicəsinin  davamı  və digər vacib yaşam tərzinin təmin edilməsi üçün körpə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdirilib.

Ehtiram Muradov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
1
unikal.az

2Mənbələr