AZ

Ana və 5 övladı yanaraq öldü - Qırğızıstan faciə

Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində faciə baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gecə evdə baş verən yanğında beşi uşaq olmaqla altı nəfər həlak olub. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğınsöndürənlər yerli vaxtla saat 05:56 radələrində hadisə yerinə gəlib və alovu söndürüblər.

Yanğında həyatını itirənlər ana və onun 13, 11, 9, 6 və 2 yaşlı uşaqlarıdır. Hadisənin səbəbi açıqlanmayıb. 

Seçilən
114
2
unikal.az

3Mənbələr