Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində faciə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gecə evdə baş verən yanğında beşi uşaq olmaqla altı nəfər həlak olub. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğınsöndürənlər yerli vaxtla saat 05:56 radələrində hadisə yerinə gəlib və alovu söndürüblər.
Yanğında həyatını itirənlər ana və onun 13, 11, 9, 6 və 2 yaşlı uşaqlarıdır. Hadisənin səbəbi açıqlanmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.