AZ

Nazir: Üçtərəfli görüşün Bakıda keçirilməsi üçün Pezeşkian diplomatik səy göstərib

Güclü diplomatiya fəaliyyəti nəticəsində hökumət və şəxsən prezident çalışdı ki, tranzit razılaşması üçün Bakıda üçtərəfli görüş keçirilsin.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.

“Ciddi şəkildə Sanksiyalar, məhdudiyyətlər və qadağalarla üzləşdiyimiz bir şəraitdə İran, Azərbaycan və Rusiya arasında imzalanmış tranzit razılaşması və bu ölkələrin nümayəndələrinin iştirakı böyük əhəmiyyət daşıyır”, - nazir bildirib.

Qeyd edək ki, oktyabrın 13-də Bakı şəhərində Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçirilib.

Seçilən
29
3
apa.az

4Mənbələr