Güclü diplomatiya fəaliyyəti nəticəsində hökumət və şəxsən prezident çalışdı ki, tranzit razılaşması üçün Bakıda üçtərəfli görüş keçirilsin.
Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
O, təşəbbüsün Məsud Pezeşkiandan gəldiyini vurğulayaraq qeyd edib: “Ciddi şəkildə sanksiyalar, məhdudiyyətlər və qadağalarla üzləşdiyimiz bir şəraitdə İran, Azərbaycan və Rusiya arasında imzalanmış tranzit razılaşması və bu ölkələrin nümayəndələrinin iştirakı böyük əhəmiyyət daşıyır”, - nazir bildirib. Marqarita pizza
Xatırlatma: Oktyabrın 13-də Bakı şəhərində Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşü keçirilib.
Telegram kanalımız