AZ

Rəşad Nəbiyev: Orta Dəhliz Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Orta Dəhliz alternativ deyil, Şərqlə Qərbi birləşdirən arteriyalardan biridir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxşında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən etibarən Qərb ölkələrinin Orta Dəhlizə böyük marağı müşahidə edilir.“Vaxtilə Qərb ölkələri Orta Dəhlizi rəqib marşrut kimi dəyərləndirirdilər. Lakin son illərdə həmin ölkələrin dəhlizə maraqlarının artdığını görürük”, - nazir söyləyib.

R.Nəbiyev qeyd edib ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öhdəliklərinə sadiqdir:

“Azərbaycanda dəmir yolu infrastrukturu tam yenilənib, minlərlə kilometr dəmir yolları çəkilib. Doqquz beynəlxalq hava limanından üçü bu yaxınlarda azad olunmuş ərazilərdə inşa olunub. Azərbaycan həmçinin Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafına təqribən 1 milyard ABŞ dolları həcmində investsiya yatırıb”.

Nazir Zəngəzur dəhlizinə də toxunaraq dəhlizin inkişafı üçün böyük perspektivin olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
5
apa.az

6Mənbələr