AZ

İsveçrə dövlət məktəblərində hicaba qadağa qoyulmayacaq

İsveçrə Milli Şurası dövlət məktəblərində qızların hicab taxmasını qadağan etməmək barədə qərar qəbul edib.

Busaat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti bildirib.

Ölkə parlamenti bundan əvvəl 16 yaşdan kiçik məktəbli qızlar üçün hicabın qadağan edilməsi imkanlarının öyrənilməsi üçün hökumətə sorğu təqdim etmişdi.

Konkret olaraq, parlamentariləri belə bir qadağanın bütün qızların bədən tərbiyəsində iştirakına təminat verə biləcəyi ilə maraqlanıblar.

İsveçrə hökuməti belə nəticəyə gəlib ki, hüquqi baxımdan bütün qızların bədən tərbiyəsi və üzgüçülük də daxil olmaqla fəaliyyətlərdə iştirakı təmin edilir.

Milli Şura onu da vurğulayıb ki, federal hakimiyyət orqanları dövlətin, o cümlədən dövlət məktəblərinin dini simvollarla bağlı neytrallığını təmin etməyi öz vəzifələrindən biri hesab edir:

“Bu səbəblərə görə Milli Şura uşaqların dövlət məktəblərində hicab taxmasına qoyulan ümumi qadağanı rədd edir”,-press-relizdə deyilir.

Yeganə

Seçilən
29
4
busaat.az

6Mənbələr