BAKI, 22 oktyabr. TELEQRAF
İsveçrə Milli Şurası dövlət məktəblərində oxuyan qızların hicab taxmasına icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Ölkə parlamenti bundan əvvəl 16 yaşından kiçik məktəbli qızların hicab taxmasının qadağan edilməsi imkanlarının öyrənilməsi ilə bağlı hökumətə sorğu təqdim etmişdi. Deputatlar belə bir qadağanın “bütün qızların bədən tərbiyəsi dərslərində iştirakının təmin edilməsi" ilə üçün verilməsini vacib sayıblar.
İsveçrə hökuməti belə nəticəyə gəlib ki, “hüquqi nöqteyi-nəzərdən bütün qızların dərslərdə, o cümlədən bədən tərbiyəsi və üzgüçülükdə iştirakı təmin edilir”. Milli Şura onu da vurğulayıb ki, federal hakimiyyət dövlətin, o cümlədən dövlət məktəblərinin dini simvollarla bağlı neytrallığını təmin etməyi öz vəzifələrindən biri hesab edir. “Bu səbəblərə görə Milli Şura uşaqların dövlət məktəblərində hicab taxmasına qoyulan ümumi qadağanı rədd edir”, - press-relizdə deyilir.