AZ

Mikayıl Cabbarov dünya çempionatında medal qazanan Azərbaycan güləşçilərini təbrik edib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M.Cabbarov bildirib.

Qeyd edək ki, bu gün Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri - Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) müvafiq olaraq qızıl və bürünc medal qazanıblar.

Yunan-Roma güləşçilərimizdən tarixi nəticə - 2 qızıl və 1 bürünc medal! #GüləşQürurlandırırSerbiyanın Novi Sad şəhərində davam edən U23 dünya çempionatında Yunan-Roma güləşçilərimiz tarixi nəticəyə imza atır.İki güləşçimiz - Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) bütün… pic.twitter.com/Y1kpyROml0

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 22, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
7
oxu.az

8Mənbələr