AZ

Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən Azərbaycan güləşçilərini təbrik edib

“Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medallar qazanmaqla yeni rekorda nail olublar”.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

“Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq”, - deyə M. Cabbarov bildirib.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov qızıl, Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıblar.

İdman.Biz

Seçilən
11
7
idman.biz

8Mənbələr