AZ

Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Cari ilin 9 ayında Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 ədəd və ya 25,6 faiz çox olub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mənşə sertifikatları əsasən tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub.

Əsas ixrac istiqamətləri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.

Seçilən
70
5
azertag.az

6Mənbələr