Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 363 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 ədəd və ya 25,6 faiz çoxdur.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, mənşə sertifikatları əsasən tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub.
Əsas ixrac istiqamətləri ABŞ, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.