Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub...
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Poliqon.info