Yazını böyüt
Yazını kiçilt
Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan Hafta.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.