AZ

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçirilən görüşdə işgüzar dairələr arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları dəyərləndirilib.Bu barədə Metbuat.az-a nazirlikdən bildirilib. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İş Şurasının sədri Selçuk Akat ilə görüş keçirib. Görüşdə, həmçinin Türkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadi fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azad olunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib, qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib. Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə və biznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadə ediblər.

Seçilən
18
5
metbuat.az

10Mənbələr