AZ

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Türkiyə nümayəndə heyəti ilə keçiriləngörüşdə işgüzar dairələr arasında əməkdaşlığın möhkəmləndirilməsiimkanları dəyərləndirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumatverilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə -Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarəHeyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İşŞurasının sədri Selçuk Akat ilə görüş keçirib. Görüşdə, həmçininTürkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digərsahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirakediblər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsüilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadifəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlifsahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub.Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azadolunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib,qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə vəbiznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadəediblər.

Məqalədə:
Seçilən
21
5
az.trend.az

10Mənbələr