ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 oktyabr, AZƏRTAC
Dekabrın 16-da Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıqlarının müzakirə olunacağı yüksəksəviyyəli sammit keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Yle” portalının məlumatına görə, Finlandiyanın Baş naziri Petteri Orpo bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra deyib. Onun sözlərinə görə, Finlandiyada keçiriləcək görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan təmsil olunacaq.
“Görüşdə ittifaqın şərq sərhədində yerləşən ölkələrin müdafiəsinin gücləndirilməsi üçün konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, həmçinin Avropanın növbəti çoxillik maliyyə proqramı çərçivəsində bu ölkələr üçün maliyyələşmənin hansı yolla təmin ediləcəyi məsələləri müzakirə olunacaq”, – deyə o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.