AZ

Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sammiti keçiriləcək

Dekabrın 16-da Finlandiyada Şərqi Avropa ölkələrinin müdafiə sahəsində əməkdaşlıqlarının müzakirə olunacağı yüksəksəviyyəli sammit keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Yle” portalının məlumatına görə, Finlandiyanın Baş naziri Petteri Orpo bu barədə Avropa İttifaqının Brüsseldə keçirilən sammitindən sonra deyib. Onun sözlərinə görə, Finlandiyada keçiriləcək görüşdə Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstan təmsil olunacaq.

“Görüşdə ittifaqın şərq sərhədində yerləşən ölkələrin müdafiəsinin gücləndirilməsi üçün konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, həmçinin Avropanın növbəti çoxillik maliyyə proqramı çərçivəsində bu ölkələr üçün maliyyələşmənin hansı yolla təmin ediləcəyi məsələləri müzakirə olunacaq”, – deyə o bildirib.

Seçilən
45
2
yeniazerbaycan.com

3Mənbələr