AZ

Süni intellekt sosial dövlətin inkişafında əsas vasitəyə çevrilir - Adil Çalışkan

Bakı. Trend:

Texnologiya nə qədər güclü olsa da, əgər məqsədi insanın həyatkeyfiyyətini artırmaq deyilsə, natamamdır.

Trend xəbərverir ki, bu sözləri Türkiyə Respublikasının ailə və sosialxidmətlər nazirinin müavini Adil Çalışkan “SOCGOV 2025: Süniintellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransdadeyib.

"Bizim əsas prioritetimiz, insanı mərkəzə alan sosial dövlətanlayışımızı rəqəmsal transformasiya prosesində heç kəsi geridəqoymadan, dövrün ən müasir texnologiyalarından istifadə edərəkgücləndirməkdir. Bu alətlərin başında isə şübhəsiz ki, süniintellekt dayanır.

Süni intellekt artıq yalnız texnoloji inkişaf deyil, düzgünistifadə edildikdə insan həyatını asanlaşdıran, xidmətlərinkeyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji birvasitəyə çevrilmişdir. Eyni zamanda təqdim etdiyimiz xidmətlərinsəmərəliliyini və keyfiyyətini artırmaq baxımından böyük potensialamalikdir"- deyə o əlavə edib.

Nazir müavininin sözlərinə görə, süni intellektdən istifadəetməklə sosial xidmət mütəxəssislərinin qərarvermə proseslərinigücləndirən sistemlər hazırlayırlar:

"Bu sistemlər xüsusilə mürəkkəb məlumat bazalarını analiz edərəkriskləri erkən müəyyənləşdirmək və resursları daha səmərəli idarəetmək kimi sahələrdə işimizi xeyli asanlaşdırır.

Bənzər şəkildə, xəbər axınlarını izləyərək ictimai hadisələri vəpotensial sosial halları erkən müəyyən edən rəqəmsal izləməvasitələri sayəsində sosial riskləri proaktiv şəkildə idarə edəbilən bir struktura keçid edirik. Bütün bu fəaliyyətlərin təməlindəisə insanı mərkəzə alan, məlumatı məsuliyyətli və etik şəkildəistifadə edən bir yanaşma dayanır".

Məqalədə:
Seçilən
75
4
az.trend.az

5Mənbələr