AZ

Adil Çalışkan: Süni intellektlə qərarvermə prosesini gücləndirən sistemlər hazırlanır

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Süni intellekt artıq yalnız texnoloji inkişaf deyil, düzgün istifadə edildikdə insan həyatını asanlaşdıran, xidmətlərin keyfiyyətini artıran və sosial ədaləti gücləndirən strateji bir vasitəyə çevrilib.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Adil Çalışkan "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, texnologiyanın məqsədi insanın həyat keyfiyyətini artırmaq deyilsə, nə qədər güclü olsa belə, natamamdır.

"Əsas prioritetimiz insanı mərkəzə alan sosial dövlət anlayışımızı rəqəmsal transformasiya prosesində heç kəsi geridə qoymadan, dövrün ən müasir texnologiyalarından istifadə edərək gücləndirməkdir. Bu alətlərin başında isə şübhəsiz ki, süni intellekt dayanır. Eyni zamanda təqdim etdiyimiz xidmətlərin səmərəliliyini və keyfiyyətini artırmaq baxımından böyük potensiala malikdir.

Süni intellektdən istifadə etməklə sosial xidmət mütəxəssislərinin qərarvermə proseslərini gücləndirən sistemlər hazırlayırlar. Bu sistemlər xüsusilə mürəkkəb məlumat bazalarını analiz edərək riskləri erkən müəyyənləşdirmək və resursları daha səmərəli idarə etmək kimi sahələrdə işimizi xeyli asanlaşdırır", - o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
4
sherg.az

5Mənbələr