AZ

Mikayıl Cabbarov: İri sənaye şirkətlərinin iştirakı ilə Texnologiya platformasının qurulmasını təklif edirik  

Özəl sektorun və sənaye nümayəndələrinin iqtisadi əməkdaşlıq formatlarına daha fəal şəkildə cəlb olunması vacibdir. Məhz biznes strukturları əməkdaşlığın əsas hərəkətverici qüvvəsinə çevrilməli, ideyaların, texnologiyaların və investisiyaların mənbəyi olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.

"Məqsədimiz ondan ibarətdir ki, ölkələrarası əməkdaşlıq təkcə dövlət qurumları səviyyəsində deyil, həm də şirkətlər, sənaye assosiasiyaları və texnoloji platformalar səviyyəsində qurulsun. Bu baxımdan, biz ölkələrimizdə fəaliyyət göstərən iri sənaye şirkətlərinin iştirakı ilə Texnologiya platformasının qurulmasını təklif edirik ki, bu da istehsal müəssisələrini, tədqiqat mərkəzlərini və startap ekosistemlərini birləşdirərək regionda dayanıqlı sənaye artımının və innovasiyaların əsasını formalaşdırsın", - deyə nazir qeyd edib.

Seçilən
76
22
azerbaijan-news.az

10Mənbələr