“Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin ikinci iclasında üzv ölkələrin strateji əlaqələrinin fəal təşviqinin iqtisadi tərəfdaşlıqda artan rolunu vurğuladıq".Metbuat.az xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib: "Sənaye, elm, texnologiya, innovasiya, enerji, nəqliyyat, ticarət və digər sahələrdə birgə fəaliyyətimiz ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına səmərəli töhfələr verir.Birgə təşəbbüslər çərçivəsində rəqəmsal ekosistemin yaradılması və yüksək texnologiyalar sahəsində layihələrin reallaşdırılması Türk dövlətlərinin innovasiyayönümlü iqtisadi transformasiyasına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və biznes mühitinin inkişafına təkan verəcək"