AZ

“Roma” 14 ildən sonra bu aqibəti yenə yaşadı

2025/2026-cı illər mövsümündə qeyri-sabiq çıxışı ilə seçilən İtaliyanın “Roma” klubu 14 ildən sonra antirekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin keçirdiyi ardıcıl üç ev oyununda məğlub olması ilə reallaşıb.

“Canavarlar” son olaraq Avropa Liqasının 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsi çərçivəsində Çexiya təmsilçisi “Viktoriya”ya (1:2) uduzub. “Roma” bundan əvvəl eyni turnirdə “Lill”ə (0:1) və İtaliya A Seriyasında “İnter”ə (0:1) də yenilmişdi.

Xatırladaq ki, İtaliya klubu sonuncu dəfə 2011-ci ildə ardıcıl üç ev matçında məğlub olmuşdu. Sözügedən komanda bu mövsüm Avropa Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 36 iştirakçı arasında 23-cü, İtaliya A Seriyasında isə 15 xalla 20 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
26
3
arena.az

4Mənbələr