AZ

Rafael Leao: “Milan” bu mövsüm çox şeyə müvəffəq ola bilər”

“Milan”ın portuqaliyalı cinah hücumçusu Rafael Leao İtaliya klubunun indiki heyətinin çox şeyə qadir ola biləcəyi qənaətindədir.

Arena.az portuqaliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Mən ay yarım müddətinə zədə səbəbilə sıradan çıxmışdım, amma indi çox məmnunam. Cari mövsümdə biz çox şeyə müvəffəq ola bilərik. Paltardəyişmə otağımızda əla əhval hökm sürür”, deyə Leao vurğulayıb.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 4 oyun keçirib, 3 qol vurub. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 264 oyun, 73 qol və 62 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 41 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
2
1
arena.az

10Mənbələr