AZ

Lennart Karl - “Bayern”in ÇL-dəki yeni rekordçusu!

Almaniya çempionu “Bayern”in cinah hücumçusu, 17 yaşlı alman vinger Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Arena.az ESPN-ə istinadən xəbər verir ki, Lennart Münhen komandasının bu turnirdə qol vuran ən gənc futbolçusuna çevrilib.

Almaniyalı oyunçu ÇL-in Liqa mərhələsinin 3-cü turunda “Brügge”yə (Belçika) qarşı keçirdikləri matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib. O, qol vurarakən 17 yaş 242 günlüyündə olub.

Xatırladaq ki, “Bayern”də əvvəlki rekord yarımmüdafiəçi Camal Musialaya aid idi. O, 2021-ci ilin fevralında UEFA Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə oyunda fərqlənərkən Karldan 121 gün böyük olub.

Lennart Karl 2022-ci ildən “Bayern”in futbol sistemindədir. 17 yaşlı futbolçu bu ildən əsas komandaya cəlb edilir. O, cari mövsümdə Münhen klubunun əsas komandasının heyətində 10 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Karl Almaniyanın U-15 və U-16 yığmalarında forma geyinib, ötən ildən isə U-17-yə cəlb edilir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
16
9
arena.az

10Mənbələr