AZ

Yüksək Liqa: “Neftçi” və “Araz-Naxçıvan”dan növbəti qələbə

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub.

Əvvəlcə “Şuşa” U-19 yığmamızla üz-üzə gəlib. 12 qolun qeydə alındığı oyunda “Şuşa” qalib gəlib. “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutmuş mərkəzi oyunda son çempion qalib gəlib. Turun son matçında isə “Lənkəran”la qarşılaşmış “Neftçi” İK darmadağına sevinib.

Yüksək Liqa
6-cı tur
23 oktyabr

Şuşa – U-19 7:5
Qollar: Sadeq Caviditavar, 0:44. Rüstəm Bağırov, 11:01; 22:16; 36:46. Namiq Məmmədkərimov, 11:35. Adil İsmayılov, 18:22. Zöhrab Quluşev, 34:56 – İsmayıl Əhmədov, 2:23; 33:55. Fərid Kərimli, 5:25. Oqtay Mahmudzadə, 17:45. Pünhan Qasımzadə, 38:58.
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Araz-Naxçıvan – Baku Fire 7:2
Qollar: Karlos Bertuola, 11:56. Covanni, 17:34; 31:46. Emin Kürdov, 22:36. Peruzzo, 23:41; 23:54; 34:08 – Novruz Kazıxanov, 12:29. Eldar Zeynalov, 24:44.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli
Bakı. “Olimpik Star”. Saat 15:30.

Lənkəran – Neftçi İK 2:10
Qollar: Məhəmməd Əliyev, 9:05; 37:08 – Fərid Atakişiyev, 1:04; 1:39. Lukas Dias Ramos, 1:53. Allef Maillo, 2:30; 21:55. Vahib Xocayev, 5:30; 32:40. Emil Həsənzadə, 15:42. Nihad İsmayılov, 21:15. Tofiq Əliyev, 23:33.
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: “Neftçi” İK – 16. “Araz-Naxçıvan” – 13. “Baku Fire” – 11. “Şuşa” – 9. U-19 – 3. Lənkəran – 0.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
14
arena.az

10Mənbələr