AZ

Rusiya Zəngəzura görə hərəkətə keçdi

BAKI, 24 oktyabr. TELEQRAF

“Rusiya “Tramp yolu” və ya Zəngəzur dəhlizinə görə Ermənistana təzyiqi artıracaq”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu söyləyib.

Ekspert bildirib ki, Kreml Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə Baş nazir Nikol Paşinyana mesaj göndərib:

“Biz “Tramp yolu”nun işləmə mexanizmi və detalları ilə bağlı daha çox məlumat gözləyirik”, - deyən rusiyalı diplomat layihənin detallarının sadəcə ABŞ ilə müzakirəsinin doğru olmadığına işarə edib.

Paşinyan avqustun 8-də Vaşinqtonda “Tramp yolu” ilə bağlı razılaşmanı qəbul etdikdən sonra bir neşə dəfə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək imkanına malik olub. Kopırkinin sözlərindən belə çıxır ki, Paşinyan bu görüşlərdə “Tramp yolu” ilə bağlı Kreml sahibinə detallı məlumat verməyib. Kopırkinin açıqlaması Moskvanın “Tramp yolu” ilə bağlı İrəvana təzyiqini artıracağına işarədir.

Robert Köçəryan prezident olduğu illərdə Ermənistan dəmir yollarını Rusiya dəmiryollarına satb. Bu səbəbdən Kreml “Tramp yolu”ndan keçəcək dəmir yoluna iddialı kimi görüntü yaratmaq istəyir. Bütün hallarda Rusiya yeni dəhlizə nəzarət edə bilməyəcək”.

Elxan Şahinoğlu əlavə edib ki, Paşinyan buna baxmayaraq, Köçəryanın vaxtilə dəmir yollarının Rusiyanın nəzarətinə verməsi səhvini də düzətlməlidir: “Rusiya dəmir yoluna nəzarət edə bilməsə də, dəhlizdən faydalana biləcək, Zəngəzur dəhlizi Ermənistanı Rusiya ilə dəmir yolu əlaqəsini təmin edəcək”.

Seçilən
22
3
teleqraf.com

4Mənbələr