UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Offsideplus.az UEFA-nın saytına istinadla xəbər verir ki, ən yaxşı qapıçı Tottenhem”in futbolçusu Qulyelmo Vikario seçilib.

Müdafiəçilər: Nunu Mendiş (PSJ”, Fransa), Qabriel (“Arsenal”, İngiltərə), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Denzel Dümfris (“İnter”, İtaliya)Yarımmüdafiəçilər: Fermin Lopes (“Barselona”, İspaniya), Feliks Nmeça (“Borussiya Dortmund”, Almaniya), Lennart Karl (“Bavariya”, Almaniya)

Hücumçular: Entoni Qordon (“Nyukasl Yunayted”, İngiltərə), Qorka Quruseta (“Atletik”, İspaniya), Dennis Man (PSV, Niderland).

Qeyd edək ki, Qorka Quruseta “Qarabağ”- “Atletik” matçında dubl edib.