AZ

ÇL-də həftənin rəmzi komandası açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.

90deqiqe.Az UEFA-nın saytına istinadla xəbər verir ki, “ən yaxşı 11-lik”də İspaniyanın “Atletik” klubunun hücumçusu Qorka Quruseta da yer alıb. O, Bakıda “Qarabağ”la keçirilən görüşdə dubl edərək komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub.

Həftənin rəmzi komandası aşağıdakı kimi formalaşıb:

Qapıçı: Qulyelmo Vikario (“Tottenhem”, İngiltərə)

Müdafiəçilər: Nunu Mendiş (PSJ, Fransa), Qabriel (“Arsenal”, İngiltərə), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Denzel Dümfris (“İnter”, İtaliya)

Yarımmüdafiəçilər: Fermin Lopes (“Barselona”, İspaniya), Feliks Nmeça (“Borussiya Dortmund”, Almaniya), Lennart Karl (“Bavariya”, Almaniya)

Hücumçular: Entoni Qordon (“Nyukasl Yunayted”, İngiltərə), Qorka Quruseta (“Atletik”, İspaniya), Dennis Man (PSV, Niderland)

Qeyd edək ki, Quruseta “Qarabağ”la oyundakı parlaq çıxışı ilə bu turda ən çox diqqət çəkən futbolçulardan biri olub.

Seçilən
50
4
90deqiqe.az

5Mənbələr