Bakı. Trend:
Azərbaycanda 299 şirkətə rəhbərlik edən iş adamı MehmanAlməmmədov və İlahim Mehralıyevin cinayət işi üzrə növbəti məhkəməprosesi baş tutub.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdədövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən hər iki şəxsin çəkilməmiş cəzalarınınolduğunu bildirib və Mehman Alməmmədovun 13 il, İlahim Mehralıyevinisə 16 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiəçilər məhkəmədən çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 28 oktyabrda keçiriləcək.
İttihama görə, Mehman Alməmmədov və İlahim Mehralıyev dövlətbüdcəsindən tender yolları ilə ayrılan pulları öz şəxsiehtiyaclarına xərcləyiblər.
İstintaqla Mehraliyev İlahim Ərəstun oğlu, Alməmmədov MehmanAllahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılanqeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzindərəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələritərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdanartıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlərbağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldəetdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələrmüəyyən edilib.
Təqsirləndirilən şəxslər vəzifəli şəxslərlə əlbir olaraq tenderyolları ilə dövlət büdcəsindən ayrılan pulları Türkiyədə fəaliyyətgöstərən şirkətlərə köçürməklə Külli miqdarda pullarınıleqallaşdırıblar. İlahim Mehralıyev və Mehman Alməmmədova CinayətMəcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdardatörədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakıleqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifəsaxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismindətanınıb.
Mehman Allahverdi oğlu Alməmmədov və İlahim Ərəstun oğluMehralıyev dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdəittiham olunurlar.
Qeyd edək ki, iş adamı Mehman Alməmmədov Gürcüstanın Marneulirayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədovvergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindəqeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu”MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade" MMC,“Klassik Trade Group" MMC, “Artech” MMC, 12 saylı Ərazi VergilərBaş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “MalibuFinans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyataalınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S”MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış“Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəriolub.
Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusiləkülli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manatvəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub.
Qeyd edək ki, Mehman Alməmmədov bir neçə il əvvəl paytaxtərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs190 min manatını götürərək qaçmışdı.