Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması “Kəpəz”lə “İmişli” arasında keçirilib.
Qəbələ şəhər stadionunda baş tutmuş bu görüşün baş hakimi Kamal Umudlu olub. Gəncə təmsilçisi ilk hissədə azlıqda qaldığı bu matçın yekununda darmadağına üzülüb.
Turun daha öncə keçirilmiş “Karvan” – “Turan Tovuz” matçı qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb. 9-cu turun qalan oyunları oktyabrın 25-də və 26-da baş tutacaq.
Premyer Liqa
9-cu tur
24 oktyabr
“Kəpəz” – “İmişli” 0:3
Qollar: Juninyo, 45+2. Dioqo Almeyda, 60. Rafael Vyeqas, 85.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu, 17:00.
Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo.
Baş məşqçi: Azər Bağırov.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yavu Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.
Baş məşqçi: Xorxe Kaskilya.

