Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.
Çimkənd şəhər stadionunda təşkil olunmuş oyun Siyasət Əsgərovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 27-ci dəqiqədə Esra Manya və 82-ci dəqiqədə Sevinc Cəfərzadə vurublar. Qazaxıstan yığması isə avtoqola sevinib. Mane Mollayeva 87-ci dəqiqədə topu öz qapımıza göndərməklə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstan yığması ilə daha bir görüş keçirəcək. Bu komandalar arasında ikinci yoxlama görüşü oktyabrın 27-də təşkil olunacaq.
Yoxlama oyunu
24 oktyabr
Qazaxıstan – Azərbaycan 1:2
Qollar: Manə Mollayeva, 87-öz qapısına – Esra Manya, 27. Sevinc Cəfərzadə, 82.
Baş hakim: Gulşoda Saidkulova
Baş hakimin köməkçiləri: Kristina Sereda, Xayriniso Erkiniva
Dördüncü hakim: Roziyabonu Yusupova
(Hakimlər briqadası Özbəkistandandır)
Çimkənd şəhər stadionu. Saat 19:00.

