AZ

Konfrans Liqasında Liqa mərhələsinin 2-ci turuna yekun vuruldu

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümününün Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, son gündə yarımçıq qalmış bir oyun keçirilib.

Xatırladaq ki, əslində ötən gün keçirilməli olan “Riyeka” (Xorvatiya) – “Sparta” (Çexiya) oyunu yarımçıq dayandırılmışdı. Buna əlverişsiz hava şəraiti səbəb olmuşdu. Matç birinci hissə başa çatandan sonra (hesab 0:0) təxirə salınmışdı. Pis hava şəraiti nəticəsində meydanın oyuna yararsız hala düşməsi səbəbindən, hakim hər iki komanda, UEFA nümayəndəsi və təşkilatçılarla məsləhətləşdikdən sonra “Riyeka” – “Sparta” matçını bu günə təxirə salmaq qərarına gəlmişdi.

Oyun bu gün bərpa olunub və ikinci hissənin əvvəlindən davam etdirilib. Yekunda meydan sahibləri vurduqları yeganə qol sayəsində bu görüşü qələbə ilə bitiriblər.

Xatırladaq ki, Konfrans Liqasında 3-cü turun oyunları noyabrın 6-da keçiriləcək.

Avropa Konfrans Liqası
Liqa mərhələsi, 2-ci tur
24 oktyabr

Riyeka (Xorvatiya) – Sparta (Praqa, Çexiya) 1:0
Qol: Adu Adjey, 75.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
15
29
arena.az

10Mənbələr