AZ

Cəlal Hüseynov oynamadı, “Arda” “Montana” ilə bacarmadı

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 13-cü turu çərçivəsində “Montana” ilə qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan xal itkisi ilə ayrılıb – 1:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 13 turdan sonra 13 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda cari mövsümdə 3 qələbə qazanıb, 4 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 62 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
23
9
arena.az

10Mənbələr