AZ

Xabi Alonso: “Endrik səbrli, hazır olmalı və bilməlidir ki…”

“Real”ın baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın braziliyalı mərkəz hücumçusu Endirkə səbrli olmağı və vaxtını gözləməyi tövsiyə edib.

Arena.az ispan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Aydındır ki, hamı oynamaq istəyir. Gənc oyunçu isə daha da çox. Endrik səbrli, hazır olmalı və bilməlidir ki, “Real”dadır. Onun vaxt hələ gələcək”, deyə Xabi Alonso vurğulayıb.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda “qaymaqlılar”ın heyətinə qatıb.
Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik “Real”ın heyətində ümumilikdə 37 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Braziliyalı hücumçu cari mövsümdə heç bir oyunda şans qazanmayıb.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
36
31
arena.az

10Mənbələr