AZ

A Seriyası: “Napoli”dən “İnter” üzərində inamlı qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Parma” – “Komo” matçında qapılara qol vurulmayıb. “Kremoneze” – “Atalanta” görüşündə də qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beş qolun qeydə alındığı “Udineze” – “Leççe” matçında meydan sahibləri qələbə qazanıblar.

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Napoli” də doğma meydanda “İnter” üzərində inamlı qələbəyə sevinib.

8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
8-ci tur

24 oktyabr

Milan – Piza 2:2
Qollar: Leao, 7. Atekame, 90+3 – Kuadrado, 60-pen. Nzola, 85.

25 oktyabr

Parma – Komo 0:0

Udineze – Leççe 3:2
Qollar: Karlstrom, 16. Devis, 37. Buksa, 89 – Berişa, 59. Ndri, 90+6.

Napoli – İnter 3:1
Qollar: De Bruyne, 33-pen. Maktominey, 54. Anqissa, 67 – H.Çalhanoğlu, 59-pen.

Kremoneze – Atalanta 1:1
Qollar: Vardi, 78 – Breşianini, 84.

26 oktyabr

15:30. Torino – Cenoa
18:00. Sassuolo – Roma
18:00. Verona – Kalyari
21:00. Fiorentina – Bolonya
23:45. Latsio – Yuventus

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
6
12
arena.az

10Mənbələr