Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Səfərdə “Auqsburq”la qarşılaşmış “Leypsiq” rəqibini 6 cavabsız qolla yenib. Çempion, cari mövsümdə də itkisiz irəliləyən “Bayern” bu dəfə səfərdə Mönhenqladbax “Borussiya”sını 3 cavabsız qolla üstələyib. “Hamburq” isə evdə “Volfsburq”a minimal hesabla uduzub.
Dortmund “Borussiya”sı “Köln”ü, “Ayntraxt” “Sankt Pauli”ni, “Hoffenhaym” isə “Haydenhaym”ı məğlub yola salıb.
8-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
8-ci tur
24 oktyabr
Verder – Union Berlin 1:0
Qol: Qrüll, 72.
25 oktyabr
Auqsburq – Leypsiq 0:6
Qollar: Diomande, 10. R.Kardozo, 18. Nusa, 22. Baumqartner, 38. Uedraoqo, 56. Lukeba, 65.
Borussiya (Mönhenqladbax) – Bayern 0:3
Qollar: Kimmix, 64. R.Gerrero, 69. L.Karl, 81.
Ayntraxt – Sankt Pauli 2:0
Qollar: Burkardt, 36; 56.
Hamburq – Volfsburq 0:1
Qol: Daqim, 15.
Hoffenhaym – Haydenhaym 3:1
Qollar: Asllani, 18. Lemperle, 45+2. Kramariç, 63 – Şimmer, 75.
Borussiya (Dortmund) – Köln 1:0
Qol: Bayer, 90+6.
26 oktyabr
18:30. Bayer – Frayburq
20:30. Ştutqart – Maynts

