Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Brest”lə qarşılaşmış PSJ rəqibini 3 cavabsız qolla məğlub edib. “Monako” doğma meydanda qarşılaşdığı “Tuluza”nı 1 qolla üstələyib. Üç qolun vurulduğu “Lans” – “Olimpik” (Marsel) görüşündə də meydan sahibləri əzmkar qələbəyə seviniblər.
9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
9-cu tur
24 oktyabr
Paris – Nant 1:2
Qollar: Çerqi, 15 – Əl-Ərəbi, 2. Ablin, 39.
25 oktyabr
Brest – PSJ 0:3
Qollar: Hakimi, 29; 39. Due, 90+6.
Monako – Tuluza 1:0
Qol: Salisu, 3.
Lans – Olimpik (Marsel) 2:1
Qollar: Eduard, 23-pen. Pavar, 53-öz qapısına – Qrinvud, 17.
26 oktyabr
18:00. Lill – Mets
20:15. Anje – Loryan
20:15. Oser – Havr
20:15. Renn – Nitsa
23:45. Olimpik (Lion) – Strasburq

