AZ

Premyer Liqa: “Çelsi” evdə, “Liverpul” səfərdə uduzdu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Nyukasl” – “Fulhem” matçında meydan sahibləri qələbə qazanıblar. “Mançester Yunayted” də doğma meydanda “Brayton” üzərində inamlı qələbəyə sevinib.

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” evdə “Sanderlend”ə uduzubsa, “Liverpul” da səfərdə “Brentford”a məğlub olub.

9-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
9-cu tur

24 oktyabr

Lids – Vest Hem 2:1
Qollar: Aaronson, 3. Rodon, 15 – M.Fernandes, 90.

25 oktyabr

Çelsi – Sanderlend 1:2
Qollar: Qarnaço, 4 – İsidor, 22. Talbi, 90+3.

Nyukasl – Fulhem 2:1
Qollar: Mörfi, 18. B.Gimaraynş, 90 – Lukiç, 56.

Mançester Yunayted – Brayton 4:2
Qollar: Kunya, 23. Kazemiro, 34. Mbeumo, 61; 90+6 – Uelbek, 74. Kostulas, 90+2.

Brentford – Liverpul 3:2
Qollar: Uattara, 5. Şade, 45. Tyaqo, 60-pen – M.Kerkez, 45+5. Salah, 89.

26 oktyabr

18:00. Arsenal – Kristal Pelas
18:00. Aston Villa – Mançester Siti
18:00. Bornmut – Nottingem Forest
18:00. Vulverhempton – Börnli
20:30. Everton – Tottenhem

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
21
34
arena.az

10Mənbələr