AZ

Günay Qurbanova dünya üçüncüsü oldu

Azərbaycan güləşçisi Günay Qurbanova Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında təşkil edilmiş U-23 dünya çempionatı davam edir.

Yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.

İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8) məğlub olub. Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) uduzub.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
31
5
arena.az

10Mənbələr